Ukrayna Silahlı Qüvvələri rusların Xerson vilayətinin Nova Mayaçka şəhərindəki qərargah və kazarmaları dağıdıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyası rəhbərinin müşaviri, deputat Serxi Xlan məlumat verib.
"Ukrayna Silahlı Qüvvələri Nova Mayaçkadakı Orkları əhatə edib. Orada işğalçılar keçmiş uşaq sanatoriyasının ərazisində qərargahlar və kazarmalar yaradıblar. Onlar artıq orada deyillər. Rəsmi hesablamanı gözləyirik", - deyə o, bildirib.