Xızıda şəhid ailələri ilə birgə iftar süfrəsi

Müqəddəs Ramazan ayında Xızı rayonunun şəhid ailələri ilə birlikdə iftar süfrəsində görüşdük.İftar süfrəsi zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Xızı rayonunda şəhid ailələrini narahat edən problemlərlə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizin Xızı rayonunun inkişafı üçün seçicilərimiz olan şəhid ailələrinin fikirləri və tövsiyələri diqqətlə dinlənildi. İftar süfrəsində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edirdi.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı