Sumqayıt Baş Gömrük İdarəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin və Türkiyədə baş verən təbii fəalkət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının XX əsrin ən dəhşətli qətliamlarından biri, Azərbaycana qarşı əsassız ərazi iddialarının tərkib hissəsi olduğu vurğulanıb. O da qeyd olunub ki, bəşəriyyətə qarşı törədilən bu qanlı cinayətin əsl qiyməti Ulu öndər Heydər Əliyev tərəfindən verilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfər nəticəsində Xocalı şəhidlərinin də qisasının alındığı bildirilib, onların xatirəsinin daim ehtiramla yad olunacağı və unudulmayacağı vurğulanıb.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sənədli filmə baxıblar.