Xocalı soyqırımı insanlıq tarixinin ən qorxunc və qanlı faciəsidir.Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
O gün 26 fevral 1992 - ci il Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi.4 ay blokadada olan Xocalıda 613 nəfər xüsusi amansızlıqla öldürüldü.1000 nəfər müxtəlif yaşlı , dinc sakinlər aldığı güllə yaralarından əlil oldular.106 nəfər qadın,63 azyaşlı uşaq ,70 qoca ağıla sığmaz işgəncələrlə öldürüldü.8 ailə tamamilə məhv edildi.25 uşaq hər iki valideyinini,130 nəfər valideyinlərdən birini itirdi.Faciə baş veren gecə 1275 nəfər dinc sakin girov gotrüldü.Onlardan 150 - sinin taliyi indi də məlum deyil.Hücumda mayor Oqanyan Seyran Muşqoviçin komandanlığı altında 366 - cı alayın 2 - ci batalyon qərqrgah rəisi Çityon Valeriy İsayeviç və alayda xidmət edən 50 - dən artıq erməni zabit və praporşik iştirak etmişdir.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir.Ermənilər sağ qalmış insanların üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdir.Onların dərisini başını soymuş,başlarını və bədənlərinin digər orqanlarını kəsmiş,uşaqların gözlərini çıxarmış,hamilə qadınların diri - diri qarınlarını yarmışdılar.
Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlatdan və kimyəvi silahlardan istifadə edilmişdir.Bütün bunlar Ermənistanın Cenevrə konvesyasının pratakollarını pozaraq müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçrilən soyqırım olduğunu təstiqləyir .Bu amamsız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi teror aktından biri kimi daxil oldu və bu soyqırım,eyni zamanda , bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.Cinayət cəzasız qalmamalıdır.!
Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik.