XTQ-nin peşəkar snayperi şəhid İbrahim Sadıqlı 

Çin Xalq Respublikası Quru Qoşunlarının snayper akademiyasında 6 aylıq kursu fərqlənmə ilə başa vurub, 2 attestata layiq görülmüşdür.  50 ölkə ararda snaper üzrə Azərbaycan bayrağını 1-lə qaldrıb.

Ölkəmizə qayıtdıqdan sonra Xüausi Təyinatlı Qüvvələrdə yüksək və  kiçik rütbəli zabit heyətinə snaper taktikası və texnikasından dərs demişdir. Bunu XTQ-in komandanı da bilir, Hərbi Hissənin komandirləri də, döyüş yoldaşları da  bilirlər. Söhbət vətən müharibəsinde qəhrəmancasına Şəhid olan XTQ yeganə "A" katiqoryalı gizir Sadıqlı İbrahim Şahin oğlundan gedir.  

Şəhidimizin döyüş yolu Murov dağdan başlayaraq Cəbrayıl Fizuli Kəlbəcəri əhatə etmişdir. Bu gün Şəhidimiz İbrahim Sadıqlının şəhadətindən iki il ötür. Şəhidimizin anım mərasiminde Binəqədi rayon İcra nümayəndələri, Binəqədi rayon Polis idarəsinin şəxsi heyyəti iştirak edib.

Allah şəhidimizə rəhmət edsin, ailəsinə səbir versin.


Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının birinci müavini