Müsavat başqanının sabiq müavini, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.
Sabahinfo.az-ın xəbərinə görə, Yadigar Sadıqlı bu barədə “Facebook”-da paylaşım edib.
O, paylaşımında Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb.