Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki,  aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.