YAP Sabirabad rayon təşkilatının sədri şəhidin anım mərasimində

Vətən müharibəsi şəhidi Rzayev Elxan Aris oğlunun doğum günü münasibəti ilə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Faiq Hüseynov şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!