Yasamalda “Tarixi ədaləti bərpa edən lider” tədbiri - Fotolar

İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi bir illiyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü “Tarixi ədaləti bərpa edən lider” adlı tədbir keçirilib.

Sabahinfo.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Hikmət Babaoğlu, professor Şahlar Əsgərov Prezident İlham Əliyevin son 21 ildəki tarixi fəaliyyətindən danışıblar. 

Qeyd olunub ki, 15 oktyabr 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi xalqımızın taleyində tarixi bir gün olub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, son illər Prezidentin rəhbərliyi ilə aparılan ordu quruculuğu, xarici siyasət və iqtisadi yüksəliş Qarabağ zəfərini təmin etdi. 2020-ci ildə biz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdik. Ötən il isə antitteror əməliyyatı nəticəsində Qarabağdan bütün qanunsuz erməni hərbi dəstələri çıxarıldı və suverenliyimiz tam bərpa olundu. Bu gün Azərbaycan bayrağı Şuşa, Xankəndi, Xocalı, Agdərə və Xocavənddə dalğalanır.Bu tarixi nailiyyət, ulu öndərin ruhu qarşısında ən böyük xidmətdir və bu xidmətin müəllifi də cənab Prezident İlham Əliyevdir.

Qeyd olunub ki,bu gün Qarabağda böyük bərpa-quruculuq işləri aparılır və “Böyük Qayıdış” icra olunur. Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə azad edilmiş torpaqlarda mədəniyyət ocaqlarının bərpası sahəsində irimiqyaslı layihələr həyata keçirilir.

Bildirilib ki, Prezident İlham Əliyev dövlət başçısı kimi 21 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri uğurla yerinə yetirib. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 il Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb. 

Daha sonra bir qrup fəala YAP-ın üzvlük vəsiqələri təqdim edilib.