Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı videoçarx təqdim edilib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin hazırladığı “Haqqdan Gələn Səs – Dahi” adlı bədii hissə ilə yekun vurulub.
Sonda Yeni Azərbyacan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.