Yazıçı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib

26 aprel tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 9 N-li filialında uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib. Görüşdə 295 N - li tam orta məktəbin 3 - cü sinif şagirdləri iştirak edib . Filialın müdiri Firəngiz Salmanova 

 tədbiri giriş sözü ilə açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində"Gülzar nənə" təxəllüsü ilə tanınır. Sonra məktəblilər yazıçının yaradıcılığından şeirlər səsləndirib , nağıllar söyləyib və səhnəciklərlə çıxiş ediblər .

Görüş zamanı Gülzar nənə iştirakçılara öz şeirlərini səsləndirib, oxucuların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib.

Sonda Gülzar İbrahimova təbbir iştirakçılarına müəllifi olduğu kitablardan hədiyyə edib .