Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış  abidəni ziyarət ediblər.

Abidənin önünə əklil və gül dəstələri qoyulub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.