2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Yevlax rayonunun Malbinəsi və Kövər kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Tural İsmayılov, Zülfiyyə Mahmudova, Tofiq Həsənov, Ariz Mikayılov və Əlirza Abdullayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkənin ərazi bütövlüyünü,suverenliyini və hərtərəfli inkişafını təmin edən cənab İlham Əliyev qalib xalqin qalib Lideridir. Natiqlər görüşdə iştirak edən seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və onları xalqımızın qəhrəmanlıq tarixini yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər seçki günü Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, kampaniya çərçivəsində həmin gün Yevlax şəhərində Vətən müharibəsi şəhidi Yusifbəyli Yusif Sabir oğlunun ailəsi ziyarət olunub.