Yeni HƏBS DALĞASI GƏLİR

Yaxın günlərdə daha bir mühüm dövlət qurumunda həbslər gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, söhbət çox ciddi qurumların birindən gedir:

"Yəni məsələ hansısa icra hakimiyyətindəki tarama ilə bağlı deyil. Daha ciddidir və yaxın günlərdə konkret addımlar atılacaq".

Dia.az xatırladır ki, buna qədər də Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarında da həbslər həyata keçirilib.

Mənbə iddia edir ki, bu dəfə daha böyük rezonansa nədən olacaq bir prosesin start düyməsi basılacaq.

Əlavə bilgilərimiz olacaq. DİA.AZ-ı izləməkdə davam edin...