2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Yevlax rayonunun Xanabad, Ərəbbəsrə və Marzılı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Əliqulu Abbasov, Minnət Mürsəlov, Ariz Mikayılov və Əlirza Abdullayev qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin fədakarlıqlar bahasına qurduğu müstəqil Azərbaycan onun siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətə çevrilib.
Natiqlər seçiciləri 7 fevralda xalqımıza Zəfər sevincini yaşadan qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.