Sürücülərdə ekoloji məsuliyyətin formalaşması və inkişafı üçün əhali arasında geniş maarifləndirmə tədbirləri keçirilməlidir
Müasir dövrdə avtomobil nəqliyyatı insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Lakin nəqliyyat vasitələrinin artması ilə bərabər, yol hərəkəti qaydalarının pozulması halları, qəza hadisələri və nəticədə insan itkisi və xəsarətlər də artmaqdadır. Bu səbəbdən yol insidentlərinin azaldılması və sürücülük mədəniyyətinin artırılması dövlət və cəmiyyət üçün prioritet məsələlərdən biridir. Yol hərəkətində təkcə qanunlara əməl etmək kifayət deyil; həm sosial qaydalara, həm də ekoloji məsuliyyətə riayət olunması vacibdir.
Yol hərəkəti qaydalarına riayət etməmək çox zaman qəzaların baş verməsinə səbəb olur. Sürət həddini aşmaq, işıqforlara əməl etməmək, sərxoş vəziyyətdə sükan arxasına keçmək və mobil telefondan istifadə kimi məsuliyyətsiz davranışlar sosial məsuliyyətin pozulmasıdır. Sosial məsuliyyət həm də yol hərəkəti zamanı digər iştirakçılara – piyadalara, velosipedçilərə, yaşlılara və əlillərə qarşı anlayış və diqqət göstərməyi tələb edir. Uşaqların və zəif müdafiə olunan piyadaların təhlükəsizliyi isə xüsusi diqqət mərkəzində olmalıdır. Yol hərəkətində aqressiv davranışlar – digər sürücülərə qarşı qəsdən təhlükə yaratmaq, klaksondan sui-istifadə, söyüş və fiziki qarşıdurmalar – sosial məsuliyyətin pozulmasının bir formasıdır. Sürücülər emosiyalarını idarə etməyi bacarmalıdırlar.
Avtomobillərin və digər nəqliyyat vasitələrinin atmosferə buraxdığı zərərli qazlar, səs-küy və enerji sərfi ətraf mühitə ciddi təsir göstərir. Yol hərəkətində ekoloji məsuliyyət, bu təsirlərin azaldılması üçün fərdi və kollektiv səyləri əhatə edir. Avtomobillərin istifadə etdiyi yanacaq (benzin, dizel) atmosferə karbon qazı (CO₂), azot oksidləri (NOx), toz və digər zərərli maddələr buraxır. Bu qazlar iqlim dəyişikliyini sürətləndirir, insan sağlamlığına zərər vurur və ekosistemlərin balansını pozur. Ekoloji məsuliyyət çərçivəsində velosiped və elektrik nəqliyyatı kimi alternativlər təşviq edilməlidir. Həmçinin, ictimai nəqliyyatdan istifadə həm tıxacları azaldır, həm də ətraf mühitə olan yükü azaldır.
Sürücülərin avtomobili daha ekoloji şəkildə idarə etməsi mümkündür. Bunun üçün mühərriki boş yerə işlətməmək lazımdır. Həmçinin davamlı texniki baxım aparəlmalıdır. Bu baxımdan yüngül yanacaq sərfiyyatlı avtomobillərə üstünlük vermək mümkündür
Yol hərəkətində sosial və ekoloji məsuliyyətin artırılması üçün təhsil və maarifləndirmə kampaniyaları böyük rol oynayır. Bu məqsədlə məktəblərdə yol hərəkəti və ətraf mühitlə bağlı dərslər keçirilə bilər. Sürücülük məktəblərində ekoloji sürücülük vərdişlərinə xüsusi yer verilməlidir. Kütləvi informasiya vasitələri və sosial media vasitəsilə ictimaiyyət davamlı olaraq məlumatlandırılmalıdır.
Avtomobillərin ətraf mühitə mənfi təsirlərini azaltmaq üçün hansı tədbirlər görülə bilər?
Avtomobillərin artan sayı və geniş istifadə sahəsi bir sıra ciddi ekoloji problemlərə səbəb olur. Bu problemlər təkcə ətraf mühitə deyil, həm də insanların sağlamlığına mənfi təsir göstərir. Avtomobillərin ətraf mühitə təsirinin əsas səbəbi onların havaya buraxdığı qazlardır. Yanacağın yanması nəticəsində avtomobillər bir sıra zərərli maddələri atmosferə buraxır. Bedlə ki, karbon qazı (CO₂) – İqlim dəyişikliyinin əsas səbəbkarıdır. Azot oksidləri (NOₓ) – Asma, bronxit kimi tənəffüs yolları xəstəliklərini gücləndirir. Karbonmonoksid (CO) – Orqanizmdə oksigenin daşınmasına mane olur. Partikül maddələr (toz hissəcikləri) – Xüsusilə dizel mühərriklərindən çıxan bu maddələr insan sağlamlığı üçün təhlükəlidir. Bu qazlar şəhərlərdə havanın keyfiyyətini ciddi şəkildə pisləşdirir, smog (dumanlı çirklənmə) kimi təhlükəli atmosfer hadisələrinin yaranmasına səbəb olur.
Avtomobillərin ətraf mühitə mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər görülə bilər. Elektriklə işləyən avtomobillər sıfır emissiyalıdır və ətraf mühitə zərəri minimaldır. Avtobus, metro, tramvay kimi nəqliyyat vasitələrinə üstünlük vermək olar. Ətraf mühitə zərər verməyən alternativ nəqliyyat üsullarını təşviq etmək olar. Avtomobil sahibləri üçün texniki baxış və emisiya nəzarəti gücləndirilməlidir. Yaşıl enerji mənbələrinin nəqliyyatda istifadəsi üçün hidrogen və günəş enerjili avtomobillərin inkişafı mümkündür. Sıxlıqlı şəhər mərkəzlərində avtomobillərin sayına məhdudiyyət qoyulmalıdır.
Avtomobillər müasir həyatın ayrılmaz hissəsi olsa da, onların ekoloji fəsadları ciddi narahatlıq doğurur. Havanın, suyun və torpağın çirklənməsi, iqlim dəyişikliyi, səs-küy və şəhər həyatının keyfiyyətinin pisləşməsi bu problemlərin başında gəlir. Bu səbəbdən həm fərdi, həm də ictimai səviyyədə tədbirlər görülməli, ekoloji tarazlığın qorunmasına çalışılmalıdır. Texnologiyanın və ictimai şüurun inkişafı sayəsində bu problemlərin qarşısını almaq mümkündür.
Sürücülərdə ekoloji məsuliyyətin təbliği
Sürücülərdə ekoloji məsuliyyətin formalaşması və inkişafı üçün əhali arasında geniş maarifləndirmə tədbirləri keçirilməlidir. Məktəblərdə, universitetlərdə və ictimai tədbirlərdə ekologiya və ətraf mühitin qorunması ilə bağlı biliklər aşılanmalıdır. Velosipedlərdən istifadə, piyadaların hərəkəti üçün şəraitin yaxşılaşdırılması və ictimai nəqliyyatın inkişaf etdirilməsi avtomobil asılılığını azaldaraq ətraf mühitə müsbət təsir göstərə bilər. Eyni zamanda, elektrikli nəqliyyat vasitələrinin istifadəsi təşviq olunmalıdır. Hökumətlər avtomobil istifadəsi ilə bağlı ekoloji qanunvericiliyi sərtləşdirərək, daha ekoloji nəqliyyat vasitələrinin istehsal və istifadəsini stimullaşdırmalıdır. Bu sahədə vergi güzəştləri, subsidiyalar və təbii sərvətlərin qorunmasına yönəlmiş layihələr xüsusi əhəmiyyət daşıyır.
Avtomobildən istifadənin azaldılması, yanacaq istehlakının optimallaşdırılması, mühərriklərin texniki baxışdan keçirilməsi kimi sadə addımlar mühüm nəticələrə səbəb ola bilər. Gələcəkdə avtomobillərin enerji tələbatının günəş, külək və digər bərpa olunan enerji mənbələri ilə təmin edilməsi ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə kömək edəcək.
Avtomobil istifadəsinin ətraf mühitə təsirləri hava çirkliliyindən tutmuş, qlobal iqlim dəyişikliyinə, səs-küyə və torpaq eroziyasına qədər müxtəlif sahələri əhatə edir. Buna görə də sürücülər, ümumiyyətlə, cəmiyyətin hər bir üzvünün ekoloji məsuliyyət daşıması və bu məsuliyyətin təbliği olduqca vacibdir. Gələcək nəsillər üçün sağlam və yaşanabilir bir dünya miras qoymaq məqsədilə ekoloji dəyərlər daim diqqət mərkəzində saxlanmalıdır.
Fuad Hüseynzadə
Yazı Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsi çərçivəsində hazırlanıb.