Yubileydə böyük tarixi şəxsiyyət də xatırlandı

Dövlətlərarası münasibətlər həm də rəsmi səfərlərlə genişlənir. Belə səfərlərdən biri də aprelin 22-də Moskva şəhərində Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tədbir oldu. Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəmir yolu sahə­si­nin veteran­la­rı, işçiləri ilə keçirilən maraqlı görüşdə çıxışında Rusiya rəhbərliyinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiramına görə minnətdarlığını bildirdi, tarixin müxtəlif məqam­larının ölkələ­ri­mizi, xalqla­rı­mı­zı daha da yaxınlaşdırdığını, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişa­fı­na töhfə ver­di­yini, fəaliyyətin 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasi­bət­lə­rimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəa­liy­yəti haqqında Bəyannamə əsasında davan etdiyini dedi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi:“Müasir Ru­siya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyön­lülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir”.

Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tarixi yığıncaq bəzi məqamlara da aydınlıq gətirdi.

İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş et­dirib.

Sovetlər dönəmində bütün irimiqyaslı tikintilərdə Azərbaycanın, bu baxımdan böyük tarixi şəxsiyyət Heydər Əliyevin də böyük fəaliyyəti olurdu. Bu yubileydə tarixin o dö­n­əmi də ehtiramla xatırlandı...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı