Zakir Həsənov Gürcüstana səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib.

“Report”un əldə etdiyi məlumata görə, nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.