Zakir Həsənov pakistanlı generalla görüşdü

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanln müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.