Zakir Həsənov şəhid ailələrinə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib.

Sabahinfo.az-ın xəbərinə görə, bunu müdafiə naziri II Şəhidlər xiyabanını ziyarət edən zaman bildirib.

“Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”, - Z.Həsənov qeyd edib.