Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib - FOTO

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında dərc edilib.

General-polkovnik Zakir Həsənov Türkiyə tərəfinə Akçakale sərhəd xəttində şəhid olan üç türk hərbçisi ilə bağlı başsağlığı verib.