Zamin Balakişiyevin xatirəsinə inşa olunmuş bulaq abidə kompleksinin açılışı olub

Vətən müharibəsi şəhidimiz Balakişiyev Zamin Dadaş oğlunun  doğum günündə xatirəsinə inşa olunmuş bulaq abidə kompleksinin açılış tədbiri olub.
Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəsi Nadir Quliyev, RİH-in şöbə müdiri Müslüm Rzayev, Sabirabad Veteranlar şurasının sədri Faiq Hüseynov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidə kompleksinin qarşısna əklillər qoyulub, xatirə lövhəsinin önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  şəhidin döyüş yolundan söhbət açılıb, keçirdiyi qısa və şərəfli ömür yolundan bəhs edilib.
Tədbirdə çıxış edən şəhid ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda məktəblilərin ifasında şeir kompozisiyası səsləndirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!