Polşanın Varşavada sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəsi önünə gül dəstələri qoyarkən aqressiv izdihamın hücumuna məruz qalan Rusiya səfiri Sergey Andreyevi ölkədən çıxarmaq qərarı Qərbdə anlayışların əvəzlənməsinin növbəti sübutudur.
Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Polşa Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb etmək niyyətində deyil. Bunu Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski deyib. Və əlavə edib ki, Varşava Rusiya səfirini ölkədən çıxarmağı düşünür. Həmin Sergey Andreyev Polşada sovet əsgərlərinin abidəsi önünə gül qoyan zaman hücuma məruz qalmışdı", - deyə diplomat qeyd edib.