Zəfər, sevinc ətirli Bahar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Yaradıcı oxucularımız” layihəsinə kitabxananın Fəxri oxucusu, tanınmış uşaq yazıçısı, publisist, şair, Prezident təqaüdçüsü Gülzar İbrahimova “Zəfər, sevinc ətirli Bahar” hekayəsini təqdim etdi. Hekayə Novruz bayramının gəlişinə həsr olunub.

Qeyd olunur ki, artıq neçə ildir baharın elimizə, yurdumuza, obamıza, əsgərlərimizə Zəfər sevinci bəxş edir. Artıq 5 ildir ki, çaldığımız Zəfər Novruz bayramına daha da sevinc qatıb. Daha xarıbülbül başını aşağı salmır, torpağımız son illər daha çox məhsul verir, çünkü daha üstündə düşmən gəzmir.

Hekayə keçiddə yerləşdirilib https://drive.google.com/file/d/1nFB9k4ZGYcozv2GagmvfSw-CNcGTUaOa/view?usp=drive_linkva