“Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin maliyyə dəstəyi və“Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə“Zəfər yolunda 44 gün - Vətən müharibəsində qələbəmizin təbliği”layihəsi çərçivəsində növbəti tədbir 07 iyun 2022-ci il tarixdə Xırdalan şəhər 10 saylı tam orta məktəbdə, 08 iyun 2022-ci il tarixində isəFiridun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında“Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi həyata keçirilmişdir.

Tədbirdə açılış çıxışı edən“Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlılayihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etdi ki,layihənin məqsədi44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyi, Ali Baş Komandanın müdrik və uzaqgörən siyasətini, Azərbaycan ordusunun rəşadətini, əsgərlərimizin qəhrəmanlıq və cəsarətini təbliğ etmək, bu məlumatları gənclərimizə və gələcək nəsillərə ötürməkdir.

Kitabın təqdimatı üçün söz verilən yazıçı Əziz Sultan da öz növbəsində Vətən sevgisinin əhəmiyyətindən, Şanlı qələbədə rolu olan dövlət-xalq birliyinin əhəmiyyətindən, bu tarixi qələbənin daim yaddaşlarda canlı saxlanması üçün təlim-tərbiyənin və vətənpərvərlik səpkili tədbirlərin vacibliyindən danışdı. Kitabda yer alan 44 hekayənin hər birinin yaşanmış faktlar əsasında qələmə alınmış olması və bu kitabda hekayələri anladılan bir neçə hərbiçi və könüllülərin də tədbirdə iştirak etməsi tədbiri məktəblilər üçün daha da yaddaqalıcı etdi.

Sonda tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Zəfər yolunda 44 gün” kitabı və buklet hədiyyə edilidi.