Zəfərlərə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Balakən rayonunun Yeni Şərif kəndində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Sabir Bazarov, Hacıömər Nuriyev, Fuad Mikayılov və digərləri çıxış ediblər. 

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasəti barədə danışaraq qeyd ediblər ki, müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib. Vurğulanıb ki, müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.