Ağsu rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədiyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Ağsu rayonunda seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri, Camaləddin Zeynalov və Tahir Xası çıxış ediblər. Çıxışlarda 2003-2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi naliyyətlərdən geniş bəhs olunub. Qeyd olunub ki, 20 illik fəaliyyətin zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır.
Natiqlər Azərbaycanın gələcək inkişafı naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər 7 fevral tarixində seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevincini bəxş edən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.