Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya işgüzar səfərə gedib.
Sabahinfo.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdəki səhifəsində məlumat verib.
“Litva, Estoniya və Latviya bizim etibarlı dostlarımız və əsas tərəfdaşlarımızdır. Daha sonra mən Tallində və Riqada olacağam”, - o bildirib.
O, Litva Prezidenti, Baş naziri və parlamentin spikeri ilə danışıqlar aparacağını qeyd edib. Bundan başqa, digər siyasi qüvvələrin, KİV-lərin və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.
Tərəflər təhlükəsizlik, Avropa İttifaqı və NATO-ya inteqrasiya, radioelektron və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəklər.