Ukrayna prezidenti Vladimir Zelenski müasir dronların istehsalı üçün hərbi zavodun tikiləcəyini elan edib.
Ölkədə ilk dəfə belə zavod yaradılacaq.
Onun sözlərinə görə, 30 ildə ilk dəfə olaraq təhlükəsizlik sektoru və bütün proqramların müdafiəsi üçün maliyyə vəsaiti 320 milyard qriveni keçəcək. Nəzərə alaq ki, 2018-ci ildə bu məbləğ 191,7 milyard qrivna olub.
“Bu vəsaitlər çərçivəsində biz ilk dəfə olaraq raket proqramını, Ukrayna donanmasının bərpası, Ukraynada kiberqoşunların yaradılması proqramını işə salırıq. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət ordusu üçün An-178 təyyarəsi hazırlanacaq. İlk dəfə Ukraynada müasir dronların istehsalı üçün hərbi zavodun tikintisinə başlayırıq”, - deyə Zelenski bildirib.