"Zəngəzur dəhlizi" ifadəsi müxtəlif regional layihələr kontekstində yenidən aktivləşdirilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni deputat Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, bəyanatlara görə, Zəngəzur dəhlizi layihəsi Ermənistanın iradəsindən asılı olmayaraq həyata keçiriləcək: "Bir tərəfdən başa düşmək olar ki, Ermənistanda iqtidar başçısı ancaq ölkə daxilində insanları əzmək və ya həbs etmək əmri verməklə məşğuldur və o, Azərbaycan və Türkiyəyə sonsuz güzəştlər edir".