"Zəngəzur dəhlizinin keçid məntəqələri üzərində iş aparılır" - Komitə sədri

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün dövlətimiz tərəfindən ciddi işlər görülür. Dövlət Gömrük Komitəsi olaraq biz də bu proseslərin içindəyik".

Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

Komitə sədri bilidirb ki, hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır: "Eyni zamanda, yeni layihələr üzərində iş aparırıq və artıq növbəti mərhələrdə tikinti işlərinə başlanacaq".