Zirvə görüşü dünyəvi siyasətə təsir göstərəcək

Dünyəvi proseslər təkcə dövlətlərarası münasibətlərlə tənzimlənmir. Bu proseslər həm də bu və ya digər beynəlxalq təşkilatların fəaliyyəti ilə nizamlanmaya yönəldilir. Son illərin siyasi proses­ləri belə problemlərin daha da gərginləşdiyini, belə proseslərə daha həssas yanaşıldığını təs­diq­lə­yir.

COVİD – 19 dünyanı fəlakətlə hədələyəndə ilk mübariz Qoşulmama Hərəkatı oldu və bu Hə­rə­kat indi də əsrin bəlasına qarşı aparılan mübarizənin öncülüdür.

Azərbaycan əksər beynəlxalq tətkilatlarda təmsil olunur. Qoşulmama Hərəkatı ölkələrinin yek­dil qərarı ilə tolerant dövlət kimi tanınan Azərbaycan 2019-2022 illərdə bu Hərəkatın sədrliyinə başladı. Dünyəvi hadisələrə fəal müdaxiləsinə, belə hadisələrin dərinləşməsinin qarşısının alınma­sı­na həssas yanaşdığına görə Azərbaycanın bu Hərəkata sədrliyinin müddəti daha 1 il uzadıl­dı. Azər­baycan bu Hərəkata sədrliyi ilə dünyada dünyəvi problemlərin həllinin optimallaş­dı­rıl­ma­sı­nda gərəkli fəaliyyət göstərdi, indi də göstərir.

Son üç ilin ən qorxulu problemi COVİD – 19 oldu. Azərbaycanın belə bir problemin neyt­ral­laş­dırılmasında, həllində liderlik mövqeyi oldu. Belə ki, o, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısı keçirilməsinə təşəb­bü­s göstərdi. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qru­punun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə müba­ri­zə­də Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlu­mat baza­sı­na istinad etdi. Nəticə optimal mübarizəni gerçək mübarizə səviyyəsinə çatdırdı. Yəni, COVİD – 19-la mübarizədə Azərbaycan dünyəvi fəaliyyəti ilə fərqləndi.

BMT-yə üzv dövlətlər Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xü­su­si sessiyasının çağırıl­ma­sı təklifini dəstəklədilər. Bu, təklifin gərəkliyinin ifadəsi idi. Xüsusi ses­si­ya 2020-ci ilin dekabr ayında keçirildi və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi. Hər belə tədbir özəlliyi ilə səciyyəvi olur. Bu sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zə­ruriliyi xüsusi qeyd edildi.

Cari il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qru­punun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçək­lik­ləri ifadə edən çıxışı həm maraqla dinlnildi, həm də düşündürücülüyü ilə səciyyəvi oldu. “Pey­vənd millətçiliyi” kimi bir münasibətin belə bir fəlakətlə mübarizədə nə səviyyədə problemlər ya­rat­dığıını xatırladan Preidentimiz qeyd etdi ki, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvənd­lər­dən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olduq.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görü­şün­­də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı təkcə COVİD – 19-la mübarizə ilə məhdudlaşmadı. Bu çıxış özlüyündə dünyəvi problemlərin yaranmasını, inkişafını qa­­baq­lama niyyəti kimi dinlənildi. Yeni dünya düzəninin yenidən formalaşmaqda olmasına müna­si­­bət bildirən Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev dedi: “İndi dünya “So­yuq müharibə”nin sona çat­ma­sın­dan bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahi­didir ki, onun fəsadları dünyanın qa­lan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oy­namalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidi”.

Tədbirdə Azərbaycan Respublikasının Prezidnti cənab İlham Əliyev olduqca mü­­hüm bir faktı da xatırlatdı: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalq­ların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fran­sa­nın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir”.

Cənab Prezident Zirvə toplantısında ölkə üçün humanitar minatəmizləmənin böyük əhə­miy­yətini nəzərə alaraq, Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəy­yən edilməsini nəzərdən keçirdiyini, minaların yenidənqurma prosesini və keçmiş məcburi köç­kün­lərin geri dönməsini ləngitdiyinə görə Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatə­miz­ləmə fəaliyyəti arasında birbaşa əlaqə gördüyünü, Azərbaycan minatəmizləmənin 18-ci Daya­nıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq etdiyini də bildirdi. Qeyd etdi ki, Qo­şul­mama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Qoşulmama Hərəkatının səsini qlobal miq­yas­da eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yara­dıl­ma­sını təklif etdi.

Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər həmişə yüksək səviy­yə­də keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları maraqla dinlənilir, dünyəvi siyasətin subyekti olur. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü də belə tarixləşdi...

Zirvə görüşünün iştirakçılrı bu tədbirdə Azərbaycanın tolrerantlığına, dünya nizamının cə­fa­keşi olduğuna bir daha əmin oldular. Bu əminliyin onların gələcək xarici siyasətinə təsir gös­tə­rə­­cə­yinə inanırıq.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı