Zirvə görüşündə Ermənistana və dünyaya mühüm mesajlar - Leyla Allahverdiyeva yazır  

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Fövqaladə Zirvə görüşündəki çıxışında Ermənistana və dünyaya mühüm mesajlar verdi.

Bu mesajlardan ən önəmlisi Qərbi Azərbaycanla bağlı mesaji oldu .Beləki tarixi torpağımız olan Qərbi Zəngəzurun Azərbaycandan ayrilib Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur.Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərinin ferdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi , Ermənistan qaqarşılıq prinsip esasında Qərbi Azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Eyni zamanda  Ermənistan dövlətinin Azərbaycan torpaqlarında işğal etdikləri 30 il ərzində töretdikləti vandallıqdan ,insanlarına qarşı törətdikləri vəhşiliklərdən ,hələdə taleyi məlum olmayan insanlardan ,kütləvi məzarlıqlardan danışdı.Viran qoyulmuş torlaqların azad edərək bu gün biz keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlamışıq.Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış ərazilərə həyatı yenidən qaytarır.

Bu milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyə resusları hesabına həyata keçrilən nadir və misligörünməmiş bir yenidən qurma modelidir.

Prezident : Bu gün Türkiyə böyük və şərəfli yol keçmiş , dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.

Azərbaycan və Türkiyə həm sevincli həm də kədərli günlərdə daim bir - birlərinin yanında olmuşdur .Əminəm ki, bundan sonra da ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmlənməsinə böyük töhvələr verəcekdir.