Görkəmli azərbaycanlı rəssam İbrahim Səfinin natürmortları - Foto

2017-01-09 14:38:58 / 9590 dəfə oxunub
İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. birinci dünya savaşından sonra Türkiyədə məskunlaşan Azərbaycan rəssamıdır. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir,12 yaşında ikən «Araz balıqçıları» adlı ilk rəsmini çəkmişdir. 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bundan həvəslənərək Moskvadakı Rəssamlıq Universitetinə gedən İbrahim Səfi, imtahanları uğurla verib, tələbə adını alan qazanmışdır. İki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır. Türk rəsm sənəti tarixində özünəməxsus tərzi ilə yer eləmiş rəssam, iki il Münhendə olmaqla bərabər, 11 il Avropa ölkələrində yaşamışdır. Dövlət tərəfindən Roma və Vyanaya göndərilən rəssam, bu ölkələrdə fərdi və qarışıq sərgilərdə iştirak etmişdir. 1967-ci ilə qədər sadəcə Marsiliyada səkkiz fərdi sərgi açmışdır. Klassik rəsm üslub düşüncəsini dəyişdirərək Türk rəsminə yeni bir meyl gətirmiş İbrahim Çallı, Nazmi Ziya, Namik İsmayıl, Feyhaman Duran və Hikmət Onat kimi impressionist türk rəssamlarından ilham alaraq öz dəst-xəttini yaratmışdır.
Yaradıcılığının ilk illərində Türk tarixinin şanlı səhifələrinə müraciət edərək ulu öndər Mustafa Kamal Atatürkün portretini yaratmaqla Türk tarixinin dolğun həyat və qəhrəmanları ilə yaşadan rəssam, Türk Dünyasının atası Atatürkün rənglərdən «boylanan» obrazını yaratmağa nail olmuşdur. Bu portretdə bizə özündə türk xalqının qəhrəmanlığını, şücaətini hifz edən şəxsiyyətin baxışları yönəlməkdədir. Bu portretdə obrazın bədii kamilliyi ilə yanaşı, tarixi durumun inandırıcı ifadəsi də diqqəti çəkir. Bir-birini təkrarlamayan saysız əsərlərində, həyatdan aldığı ağır zərbələrlə əlaqəli əsərlərindəki rəng həlli sənətkarın keçirdiyi hiss duyğuların ünvanını dəqiq şərtləndirir. Sənətçinin rəng koloriti əsasən canlı və parlaqdır. Xüsusilə 1960–70-ci illərdən sonra işlənmiş rəsmlərində daha canlı və parlaq rəngə üstünlük verilmişdir. Canlı və soyuq rənglərin əks etdirdiyi hərarət və işıq, bu rənglərə ağırlıq verən məna təzadı insanı öz təsiri altına alır.
4 yanvar 1983-cü ildə Oda Kule iş Mərkəzinin art salonunda açılan yüzüncü fərdi sərgisinin açılış axşamı böyük usta həyata vida etmişdir.

Türkiyədə, həmçinin Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə bağışlamış, bir neçə əsəri 1989 ildə Bakıda keçirilən «Əzizim vətən yaxşı...» sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R.Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws