"10 tonluq maşına 25-30 ton malı yükləyib yolu çökdürürlər" - Deputat

"Hesab edirəm ki, hər magistral yolun əvvəlində və sonunda elektron tərəzi olmalıdır. Yolların dağılmasının əsas səbəblərindən biri normadan artıq yüklərin həmin yollara buraxılmasıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Bakı-Quba yolunu tikəndə şimal tərəfdən tərəziləri qoyduq. 100 maşından 60-70-i buraxılırdı. Çünki 10 tonluq maşına 25-30 ton malı yükləyib yolu çökdürürlər. Bakı-Quba yolu yeni asflatlanıb. Mənə məlumat verilib ki, o yolda da çökmələr var. Ona görə ki, həddən artıq yüklü maşınlar o yola buraxılıb. İstər şimal, istərsə də cənub tərəfdə magistral yollarda elektron tərəzilərə rast gəlməmişəm. Həm cənubda, həm də şimalda yollara elektron tərəzilər qoyulmalıdır", - deyə V.Əhmədov vurğulayıb.