Türkiyə-Ermənistan sərhədi açıla bilər - Çavuşoğlu razılıq alıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfəri əsnasında Ermənistan-Türkiyə sərhədinin açılması məsələsini müzakirə edib.

Belə bir iddia ilə "Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirge "Ermənistanla yenidən müzakirə” adlı yazısında çıxış edib. Çekirge köşə yazısında qeyd edib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər normallaşandan sonra Ermənistanla münasibətlərin yoluna qoyulması uğurlu addımdır. Odur ki, Çavuşoğlu Azərbaycana son səfəri zamanı Azərbaycanla-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, Ermənistanla yenidən müzakirələrə başlamaq, Ermənistanla sərhədin açılması kimi məsələləri müzakirəyə çıxarıb.

İddialara görə, Çavuşoğlu səfərdə müsbət cavab alıb və daha irəli müzakirələr üçün zəmin yaranıb. Buna görə də, Türkiyəyə geri qayıdan xarici işlər naziri "Çox daha gözəl şeylər olacaq” ifadəsini işlətməklə əldə oluna biləcək barışığa işarə edib.