Deputat süni qiymət artımına ETİRAZ ETDİ

"Azərbaycanda süni qiymət artımının qarşısı alınmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, dünyada çox ciddi iqrisadi böhran gedir: "Bu, Azərbaycana da öz təsirini göstərir. Ən ciddi problem Azərbaycanda süni qiymət artımı ilə bağlıdır. Prezident İlham Əliyev bu istiqamətdə göstərişlərini verib. Mən də hesab edirəm ki, Azərbaycanda süni qiymət artımının qarşısını tez zamanda almaq lazımdır".

V.Əhmədov deyib ki, bu istiqamətdə müvafiq qurumlar müəyyən işlər görür, amma ən qısa zamanda bu problem kökündən həll olunmalıdır