Kamran Əliyev Şuşa və Göygölə prokurorlar TƏYİN ETDİ

Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub

Sabahinfo.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib. Bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib. 

Rəsul Həsənov bu təyinata qədər Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.