Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 188 vaksin vurulub.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 177, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 296, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 328, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 207 nəfər təşkil edir.