Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası II Çiyələk festivalında

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası üzvlərinin də aktiv iştirak etdiyi 2-ci çiyələk festivalı Cəlilabadda keçirildi. Qeyd edək ki, Cəlilabad rayonu çiyələk istehsalı üzrə dünyada 10-cu, Avropada 6-cı sıradadır. Festivalda 10 böyük çiyələk istehsalçısı sahibkar, 30dan çox digər sahibkarlıq subyektləri iştirak edib.

Ümumilikdə bu il festivalda təxminən 60.000-dən çox ziyarətçi iştirak edib. Əlavə olaraq bildirək ki, sözügedən festivalda assosiasiyamızın əl əməyi ilə məşğul olan üzvlərinin əl işlərindən ibarət sərgi də təşkil olunub.

Keçirilən bu möhtəşəm tədbirin təşkilatçısı assosiasiyamızın üzvü Cahan Hommadovaya AQSİA ailəsi olaraq təşəkkür edir və uğurlarının davamını diləyirik.