Rüstəm Xəlilov şəhid ailələrini ziyarət edib

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət edib.  Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş edilmiş Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun, Rüstəmov Ruslan Nüsrət oğlunun, Qasımov Elman Yunis oğlunun, Qasımov Həsən Şöhrət oğlunun və Mirzəyev Məsud Fazil oğlunun ailəsi ziyarət edilib.

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.