Son sutkada nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 828 vaksin vurulub.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 751, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 21 nəfərdir.