Tərtərdə yaradıcı gənclərlə görüş keçirilib 

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tərtər rayon Heydər Əliyev adına İstirahət Parkında yaradıcı gənclərin yerli şairlərlə görüşü baş tutub. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri, müxtəlif təşkilatlarda çalışan yaradıcı gənclər iştirak edib. Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, belə görüşlər gənclərin bədii ədəbiyyata marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına, insanların asudə vaxtlarının səmərəli keçməsinə xidmət edir. Tədbirdə çıxış edənlər belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayaraq tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Tədbirdə yaradıcı gənclərin hazırladıqları əl işləri nümayiş olunmuş, müxtəlif mövzularda şeirlər səsləndirilmiş, “Qarabağ” rəqs qrupunun və gənc ifaçıların musiqi nömrələri tamaşaçılarda xoş ovqat yaratmışdır.