Zəngəzurun “Qızıl qapısı”

Qubadlı yerləşdiyi coğrafi məkana görə, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Rayonun həm dağlıq həm aran regionunda olması burada əkinçilik və maldarlıq kimi sahnələrin inkişafına böyük zəmin yaradır ki, bu da qarşıdakı 10 il ərzində gözlənilən ərzaq böhranından minimum zərərlə çıxmamızda əhəmiyyətlidir. Müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olunan Qubadlı digər işğal olunmuş rəazilərimiz kimi erməni təcavüzkarlarının mənfur siyasətinin qurbanı olub. İnsfrastrukturla yanaşı mənəvi irsimizə qarşı terror törədən ermənilərin vurduğu ziyanın hesablanması istiqamətində iş aparılır.

Qubadlı rayonunun mühüm əhəmiyyətindən biri də bu rayonun qədim insan məskənlərindən biri olmasıdır. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb. Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təstiq edir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir. Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.

Onu da qeyd etmək lazımdır ki, Qubadlının işğaldan azad olunması heç də asan olmayıb. Şəhərin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib və itkilər verən düşmən Qubadlıdan çıxarılıb. Bu isə digər rayonların işğaldan azad olunmasına Şanlı Qələbəmiz və 44 günlük Qələbənin mühüm tərkib hissəsi idi.

Ümumilli lider Qubadlını Zəngəzurun “Qızıl qapısı” adlandırması təsadüfi deyil. Tarixi araşdırmalar da göstərir ki, Qubadlı rayonu əlalxüsus da Məlikəhmədli kəndi hətta I Pyotrun diqqətində olmuşdur. Məlikəhmədli kəndində olan təbii bulaqlar bir sıra xəstəliklərə şəfadır. Bunu Rusiya Elmi-Təhqiqat Mərkəzinin ekspertləri dəfələrlə sübut edib. Keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsinin Elmi-Tədqiqat Mərkəzinin professoru, Qubadlı rayonu üzrə tədqiqatlar aparan polkovnik İ.V. Bondarenko yazır ki, Qubadlının ərazisindən axıb keçən Həkəri çayının suları həmişə şəfa mənbəyi olub.


Qubadlının düşməndən azad olunması istiqamətində qəhrəmancasına şəhid olan igidlərimiz üçün “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
 

Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı