Fevralın 20-də "Türk Hava Yolları” aviaşirkətinin ləğv etdiyi daxili və beynəlxalq reyslərin sayı 68-ə çatıb. Bu barədə Anadolu agentliyinə istinadən xəbər verir. Uçuşların təxirə salınmasına səbəb İstanbulda yağan güclü qar olub. Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar təqribən 800-dən çox daxili və beynəlxalq aviareys təxirə salınıb.