AFFA 3 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVI turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

“Kəpəz”lə görüşdə (0:3) ikinci sarıdan qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Emil Səfərov bir oyun cəzalanıb, klubunu isə 500 manat ziyana salıb.

“Sabah” – “Səbail” matçında (4:0) hesab tablosu işləmədiyinə görə meydan sahiblərinə xəbərdarlıq edilib. Həmçinin təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimələnib.

“Neftçi” klubu da “Turan Tovuz”la matçda (3:2) hesab tablosu işləmədiyi üçün xəbərdarlıq alıb. Bundan başqa, qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.