Ağstafada yeniyetmə bıçaqlanıb - YENİLƏNİB

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. Paşşanovun kəsici alətlə kürək nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E. İbrahimlin törətməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

17:01

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşalı bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.