Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümüdür.
Bununla əlaqədar olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin üzv təkilatların sədrləri və əməkdaşları hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.