"Anam - Kəlağaydı, Kəlağay - anam" adlı tədbir keçirilib

27 mart, 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində, ''Sazlı-Sözlü Kəlağayı Günləri'' - çərçivəsində "Anam - Kəlağaydı, Kəlağay - anam" adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözləri ilə həmin kollecin ana dili ədəbiyyat müəllimi Sədaqət Əsgərova açıq elan etmiş və qonaqları salamlamışdır. Tədbirdə Azərbaycan Kəlağayısının yaranmasından, əhəmiyyətindən, bu günkü vəziyyətindən söhbət açılmışdır. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı - Kəlağayı gününün qeyd olunması ilə bağlı tələbə və müəllimlərə məlumat verdi  və qeyd etdi ki,  kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu əlamətdar hadisənin 10 illiyidir.

Bu münasibətlə ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəmiz Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, ölkəmizin bütün bölgələrində keçiriləc ək. Sonra P rezident təqaüdçüsü və əmək qəhrəmanı Tərlan Musayeva , "Dövlət və Qanun" qəzetinin redaktoru Yasəmən Möhübbət qızı maraqlı çıxışlar etdilər. Tələbələr in ifasında şeirlər, mahnı və rəqslər rəğbətlə qarşılandı .

Gənc şair və sazəndə Aişə Səyyad qızı, aşıq Nərmin Cəlalzadənin ifaları alqışlarla qarşılandı. Sonda kəlağayı təkcə baş örtüyü deyil, ismət, abır - həya, qeyrət rəmzi kimi səciyyələndirildi və xatirə şəkilləri çəkildi.

Elnarə Həziyeva