İyunun 24-25-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş karate üzrə “Arpaçay” karate klubunun açıq turniri keçirilib.
Tədbiri Azərbaycan Karate Federasiyalar Assosiasiyasının prezidenti Ülvi Quliyev açaraq Ulu Öndər Heydər Əliyevin dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. O, turnirin əhəmiyyətindən söhbət açıb, həmçinin lll Avropa Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.
Daha sonra YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bütün idmançılara uğurlar arzulayıb.
Çıxışlardan sonra yarışlara strat verilib. Karate turnirində ölkənin müxtəlif klublarını təmsil edən uşaq və yeniyetmələr güclərini sınayıblar. Turnirdə minə yaxın idmançı iştirak edib. Qaliblərə fəxri diplom və medalar təqdim edilib.
Qeyd edək ki, turnirdə Rəfael Ağayevin Qara Brilliant klubunun idmançıları da çıxış ediblər. “Qara Brilliant”ın idmançılarını baş məşqçi Pərviz Quliyev və məşqçi Orxan Heydərli müşaiyət ediblər. Yeri gəlmişkən, klubun yetirmələrindən olan Nuray İbadova yarışda I yerə çıxıb.
Sonda “Arpaçay” klubunun rəhbəri Yavər Hüseynov çıxış edərək turnirin açılış mərasiminə gələn qonaqlara və idmançılar öz təşəkkürlərini bildirib.